Bakı.Trend:
Qardaşımın nəşinin qalıqlarının tapıldığını eşidəndə göz yaşlarımı saxlaya bilmədim.
Trend xəbər verir ki, bunu 31 il bundan əvvəl birinci Qarabağ döyüşlərində itkin düşən, daha sonra nəşi tapılan Nofəl Qurbanovun qardaşı Namiq Qurbanov deyib.
O bildirib ki, qardaşı 1991-ci ildə könüllü olaraq 1-ci batalyonun tərkibində döyüşlərə qatılıb.
"Qardaşım Nofəl çox həssas, vətənpərvər oğlan idi. Ailəsinə də, dostlarına qarşı da çox qayğıkeş olub. Döyüşlərdə böyük şücaət göstərib. Onun qisməti bu idi ki, vətən uğrunda şəhid olsun. Cənab Prezidentimizə minnətdarıq ki, apardığı uğurlu siyasət və ordumuzun gücü hesabına torpaqlarımız işğaldan azad edildi. Daha gözümüz yolda qalmadı. Bizim də qardaşımızı ziyarət etməyə yerimiz olacaq”, - deyə o qeyd edib.