...

İƏT nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2023 13:45 (UTC +04:00)
İƏT nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəfkkili (Ombudsman) Səbinə Əliyeva və ölkəmizə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib.

Trend xəbər verir ki, Heydər Əliyevin məzarı önünə əklili qoyulub, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarı önünə tər güllər düzülüb.

Qeyd edək ki, sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaq nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirəcəklər.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Faktaraşdırıcı missiya həyata keçirəcək İƏT MDİHK nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə) İƏT MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamaradır (Qvineya).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti