...

İstilik enerjisindən istifadə sahəsində yol üçün rəyi tələb olunan qurumlar məlum olub

Cəmiyyət Materials 8 Sentyabr 2023 16:28 (UTC +04:00)
İstilik enerjisindən istifadə sahəsində yol üçün rəyi tələb olunan qurumlar məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İstilik enerjisindən istifadə sahəsində trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) siyahısı müəyyənləşib.

Trend-in xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İstilik enerjisindən istifadə qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, Mədəniyyət Nazirliyi (bu Siyahının 4-cü, 13-cü və 14-cü hissələrində nəzərdə tutulanlar istisna olmaqla, qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə), Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı, Müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə), “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən razılaşdırılma ilə bağlı rəyin alınması vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti