...

Bakı-Supsa kəmərinin mühafizə zonasında 1.7 kq-dan çox narkotik aşkarlandı

Cəmiyyət Materials 8 Sentyabr 2023 16:40 (UTC +04:00)
Bakı-Supsa kəmərinin mühafizə zonasında 1.7 kq-dan çox narkotik aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7 kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Bu barədə Trend-ə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumat verilib.

“Narkotik vasitə Yevlax rayon polis şöbəsinə təhvil verilib”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti