...

Müdafiə Nazirliyi döyüş növbətçiliyi və təminat barədə görüntülər yaydı (VİDEO)

Cəmiyyət Materials 12 Sentyabr 2023 12:56 (UTC +04:00)
Müdafiə Nazirliyi döyüş növbətçiliyi və təminat barədə görüntülər yaydı (VİDEO)

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır:

"Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.

Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur. Peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti