...

Bakıdakı sürüşmə sahələri aktivləşib - Təhlükəli vəziyyət yaranıb (VİDEO)

Cəmiyyət Materials 13 Sentyabr 2023 12:05 (UTC +04:00)
Bakıdakı sürüşmə sahələri aktivləşib -  Təhlükəli vəziyyət yaranıb (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri və ətraf ərazilərdə mövcud olan sürüşmə sahələrində aktivləşmə müşahidə edilir.

Trend xəbər verir ki, bu barədə AzTV-nin yayımladığı sujetdə bildirilib.

Qeyd edilib ki, Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

Vurğulanıb ki, çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Vurğulanıb ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtiyatlı olmaq lazımdır.

Qeyd edək ki, vaxtaşırı olaraq Bakının müxtəlif ərazilərində sürüşmə və çökmə hadisələri baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti