Bakı.Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maddi-texniki bazasına, kadr və elmi potensialına görə əminliklə deyə bilərik ki, nəinki regionda hətta beynəlxalq miqyasda qabaqcıl və etibarlı müəssisə kimi qəbul olunur.
Trend xəbər verir ki, bunu “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən regional tədbirdə səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, İnstitutun tabeliyində qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması üzrə ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyalar gənc kadrların hazırlanmasında mühüm rol oynayır.