...

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı - Yaralılar var

Cəmiyyət Materials 16 Sentyabr 2023 14:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə Trend-ə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində agentliyə məxsus avtobus qəzaya uğrayıb:

"Avtobusda olan agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər. Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti