...

Naxçıvanda daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı

Cəmiyyət Materials 16 Sentyabr 2023 16:57 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb.

Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən çıxarılıb.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti