Bakı. Trend:
Salyanda beşotaqlı evdə yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Salyan şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.