...

Zəngəzur dəhlizi bütün Türk dövlətlərini maraqlandıran mühüm layihədir - Türkiyəli nazir

Cəmiyyət Materials 26 Sentyabr 2023 14:09 (UTC +04:00)

Bakı. Trend:

Zəngəzur dəhlizi bütün Türk dövlətlərini maraqlandıran mühüm layihədir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Zəngəzur dəhlizi təkcə Naxçıvanın Azərbaycanla bağlılığı baxımından deyil, eyni zamanda 160 milyonluq gənc və dinamik əhalisi, 1 trilyon dolları keçən iqtisadi həcmi ilə bütün Türkiyə dövlətlərini əhatə edən mühüm layihədir”,- deyə nazir bildirib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana rəsmi səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aktual regional və qlobal problemlər, xüsusilə Qarabağda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.

Bundan əlavə, görüş çərçivəsində Azərbaycan torpaqları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizi də müzakirə olunub. Hər iki ölkə liderləri mətbuata bəyanatla birgə çıxış ediblər. R.T.Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti