...

Turşsuda sülhməramlıların yanacaqdaşıyan maşını aşdı - Ermənilərin maşınları yandı

Cəmiyyət Materials 28 Sentyabr 2023 10:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub.

Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus "Hummer" və "Mercedes" markalı avtomobillərdə də yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti