...

Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri müəyyən edilir

Cəmiyyət Materials 3 Oktyabr 2023 11:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;

- strateji ehtiyatların və Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;

- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq;

- ölkənin ərzaq balansını tərtib etmək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti