...

Cəbrayıl Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2023 18:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə hamını təbrik edib. A.Şirinov bildirib ki, 4 Oktyabr – Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığnı söyləyən A.Şirinov Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm hadisə olduğunu vurğulayıb. Rektor Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.

Aİİ rektoru Cəbrayıl rayonunun milli-mədəni abidələrindən də söhbət açıb: “Cəbrayıl rayonu ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər sarayı” mağarasını; Qalacıq kəndindəki “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanlarını; Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji tikililəri; Dağtumas kəndindəki “Başıkəsik günbəz”i; Sirik kəndindəki qalanı; Diri dağındakı Qız qalasını; Xudafərin körpülərini misal göstərmək mümkündür”.

Milli Məclisin Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov çıxış edərək, Cəbrayıl rayonu haqqında xatirələrini bölüşüb. İşğal edildikdən sonra şəhərin necə viran olunduğunu diqqətə çatdıran deputat bildirib ki, azadlığına qovuşan Cəbrayılda, həmçinin digər rayonlarımızda yaşayış binaları, inzibati binalar inşa olunur. Quruculuq işləri cənab Prezidentin xüsusi diqqəti altındadır. Cəbrayıl və işğaldan azad olunmuş digər rayonlarımız dirçəliş dövrünü yaşayır. Bütün işlər planlaşdırılmış qaydada həyata keçirilir.

Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmiş torpaqların azad edildiyi günü gözləyirdilər ki, onlar öz doğma yurdlarına qayıtsınlar. Şükürlər olsun, arzular reallaşır.

Tədbirdə rejissor Fariz Əhmədov, ssenari müəllifi Aygün Həsənovanın olduğu “30 ildən sonra doğulduğu torpağa dönənlərin hekayəsi - Biz qayıtdıq - Cəbrayıl” adlı filmin birinci hissəsi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti