...

Biləsuvarda evlərdən oğurluğa görə 2 nəfər tutuldu

Cəmiyyət Materials 13 Oktyabr 2023 10:33 (UTC +04:00)
Biləsuvarda evlərdən oğurluğa görə 2 nəfər tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış evlərinin birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini T.Şatanov və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayon ərazisindəki daha 2 yaşayış evindən də oğurluq etdikləri müəyyən edilib. Oğurlanan əşyalar onların gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti