Bakı. Trend:
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək
barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin
oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Bu barədə Trend-ə Ədliyyə
Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsibdən
məlumat verilib.
Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.