...

YAP Xətai rayon təşkilatı şahmat turniri keçirib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2023 22:11 (UTC +04:00)
YAP Xətai rayon təşkilatı şahmat turniri keçirib (FOTO)

Bakı. Trend:

Turnir Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunub

Trend-in məlumatına görə, oktyabrın 14-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və "Təhsil" RİM 3 nömrəli şahmat məktəbinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə YAP üzvləri və gənclər arasında şahmat üzrə blits turniri keçirilib.

Turnirə böyük maraq olub. Belə ki, yarışa 100-ə yaxın istirakçı qatılıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda gənclər qalib adı uğrunda səylə mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti