Bakı. Trend:
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 231,5 milyon manatı və yaxud 0,6 %-i xəstəxanalarla bağlı xərclərin payına düşəcək.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 35,1 % çoxdur.
Xəstəxanalara xərcləmələr səhiyyə xərclərinin 12,4 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.