Bakı. Trend:
Bəzi müəllimlərin əlavə vəsait və ya test toplusu aldırmaq kimi göstərişlərinin əsası yoxdur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bir sıra fənlərin tədrisində iş dəftərindən istifadə olunur.
"Lakin test toplularının alınaraq məktəbdə istifadə olunması kimi tələb qoyulmamışdır. Cari ildə fənlər üzrə test topluları alınaraq məktəb kitabxanalarına ümumi istifadə üçün verilib.
Bildiririk ki, bütün dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinin şagirdləri müvafiq fənlər üzrə dərsliklərlə dövlət hesabına təmin edilirlər. Bəzi müəllimlərin əlavə vəsait və ya test toplusu aldırmaq kimi göstərişlərinin əsası yoxdur", - deyə bildirilib.