...

Şərqi Zəngəzur iqtisadi rayonunda 3 milyon tona yaxın tikinti-söküntü tullantı materialları var

Cəmiyyət Materials 23 Oktyabr 2023 17:27 (UTC +04:00)
Şərqi Zəngəzur iqtisadi rayonunda 3 milyon tona yaxın tikinti-söküntü tullantı materialları var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şərqi Zəngəzur iqtisadi rayonunda 3 milyon tona yaxın tikinti-söküntü tullantı materialları var.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, Şərqi Zəngəzur İqtisadi rayonun çox böyük potensialı var ki, tikinti-söküntü materiallarından xammal kimi istifadə etməklə digər xammal ehtiyatlarına təsirlər azaldılır.

"Bu həm də gələcəkdə problemə çevriləcək tullantıların idarəolunması məsələsini də qismən həll olunmasına kömək olur. Bu materialları müəyyən proseslərdən keçirtməklə xammal kimi istifadə etmək olar", - deyə V.Kərimov qeyd edib.

Qeyd edək ki, bu gün Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti