...

Azərbaycanda ilk dəfə Dövlət xərclərinin DİM ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2023 11:09 (UTC +04:00)
Azərbaycanda ilk dəfə Dövlət xərclərinin DİM ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dövlət xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.

"Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 82%-i DİM hədəfləri ilə əlaqələndirilib. Bu rəqəm 2022-ci il ÜDM-nin təxminən 23%-nə bərabərdir", - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.

“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti