...

Antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib - RƏSMİ

Cəmiyyət Materials 25 Oktyabr 2023 11:14 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib.

Bu barədə Trend-in sualını cavablayarkən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Onlar üçün pensiya təyinatı üzrə sənədləşmə işləri aparılır. Təxminən 40 faizdən çoxunun pensiyaları təyin edilib. Həmçinin, İcbari tibbi sığorta çərçivəsində ödəmələr təmin edilib. Qısa müddət ərzində bütün ödəmələr tam şəkildə icra olunacaq”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunublar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edib, qeyri-qanuni erməni silahlı dəstələri buraxılıb.

Xəbər lenti

Xəbər lenti