...

Dönərdən zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI - Rəsmi

Cəmiyyət Materials 26 Oktyabr 2023 16:27 (UTC +04:00)
Dönərdən zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI - Rəsmi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Bildirilib ki, hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti