...

Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməlidir - Komitə sədri

Cəmiyyət Materials 27 Oktyabr 2023 11:37 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, heç bir qadın zorakılığa məruz qalmamalıdır

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, cəmiyyətimizin qadın zorakılığı problemindəki sayıqlığı bizi sevindirir.

“Dünyada gedən proseslər, həm də Azərbaycanda qadın siyasəti bütün qadınların hüquqlarını qorumağa yönəlmiş siyasətdir. Bizim bu məsələdəki statistikamız bir çox ölkələrdən daha uğurlu statistikadır. Düzdür, bizim cəmiyyətdə də bəzi problemlər mövcuddur”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti