...

Gəncədə məktəbliyə narkotik maddə vurulması ilə bağlı iddialar əsassızdır - DİN

Cəmiyyət Materials 28 Oktyabr 2023 19:26 (UTC +04:00)

Bakı. Trend:

Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Trend-ə verdiyi məlumata görə, həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub.

Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti