...

İndiyədək pensiya amnistiyası neçə insana şamil olunub?

Cəmiyyət Materials 13 Noyabr 2023 11:14 (UTC +04:00)
İndiyədək pensiya amnistiyası neçə insana şamil olunub?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildə qanunvericiliyə dəyişikliklərlə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial sığorta amnistiyası elan edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-in pensiya amnistiyasının neçə insana şamil olunması və ilə nə qədər vəsait güzəşt edildiyi ilə bağlı sorğusuna cavabında bildirilib.

Qeyd edilib ki, 1 yanvar 2019-cu ildən yaşa görə, 1 mart 2019-cü ildən əlilliyə görə, 1 yanvar 2021-ci il tarixdən isə ailə başçısını itirməyəyə görə pensiyaların proaktiv qaydada aparılmasına start verilib.

"Bu zaman, yaşa görə pensiya təyinatı zamanı 1 yanvar 2006-cı il tarixə kimi 25 il sığorta stajının hədiyyə edilməsinə başlanıb.

Ötən il pensiyaçılara növbəti humanist yanaşma edilərək, qanunvericiliyə müvafiq dəyişikliklərlə bu amnistiya müddəti 1 yanvar 2026-cı ilə kimi uzadılıb. Onu da qeyd edək ki, proaktiv pensiya təyinatına başlanılan ilk gündən 1 noyabr 2023-cü il tarixinə kimi ölkəmizdə ümumilikdə 90 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilərək onlara bu barədə məlumat bildirişi (sms, email və s.) göndərilmişdir", - deyə əlavə edilib.

Xatırladaq ki, Milli Məclis 2022-ci il dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Əvvəlki qanunvericiliyə əsasən isə, artıq ödənilən bütün məbləğ bütün illər üzrə geri tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti