...

Bakıda “Toyota” qaçıran şəxs çox uzağa gedə bilmədi

Cəmiyyət Materials 13 Noyabr 2023 10:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobil oğrusu saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti