...

Cəlilabadda ətrafı çirkləndirənlər cərimələndi

Cəmiyyət Materials 16 Noyabr 2023 19:44 (UTC +04:00)
Cəlilabadda ətrafı çirkləndirənlər cərimələndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda ətrafı məişət tullantıları ilə çirkləndirənlər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti