...

Bakıda qəza törədib qaçan 20 yaşlı sürücü ələ keçdi

Cəmiyyət Materials 21 Noyabr 2023 14:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yol-nəqliyyat hadisəsi törədərək, hadisə yerindən yayınan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırmalara başlanılıb.

Həmin nəqliyyat vasitəsinin sürücüsü 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti