Bakı. Trend:
83 yaşımda doğma yurdum Laçını görmək, Laçında yaşamaq məndə ruh yüksəkliyi yaradır.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Şükürov Vaqif deyib.
Onun sözlərinə görə, tarixdə indiyə kimi belə bir hadisə təkrarlanmayıb ki, bir dövlətin 20% ərazisi başqa bir dövlət tərəfindən 28 il işğal olunsun və 28 il işğaldan sonra o ərazi geri alınsın. Əslində bunun özü bir möcüzə sayıla bilər.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Silahlı Qüvvələrimizin Ali Baş Komandanını qorusun.
Bütün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdaraq yaşamalarını arzulayıram”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.