...

"İçərişəhər" Qoruğu: "Sultan Murad darvazası" qarşısındakı ərazidə bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib

Cəmiyyət Materials 25 Noyabr 2023 19:28 (UTC +04:00)

Bakı. Trend:

"Sultan Murad darvazası" qarşısındakı ərazidə bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib.

Bu barədə Trend-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

"Qeyd olunan pilləkən ərazisi XX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edilmişdir. Son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalıb, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaradıb. 2023-cü ilin birinci rübündə aparılmış təmir bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülüb, səkilər yenilənib, işıqlandırma təmin edilib və ərazi tam olaraq abadlaşdırılıb. Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil", - deyə açıqlamada bildirilib.

Xəbər lenti

Xəbər lenti