Bakı. Trend:
Füzulidə yaşamaq duyğularımı sözlə ifadə etmək mümkün deyil.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Abışov İzzət deyib.
Onun sözlərinə görə, bu gün Füzuliyə qayıdışı bizlərə yaşadanlar ordumuz, şəhidlərimiz, qazilərimizdir.
“Allah Prezidentimizi var etsin, bizim üçün Füzulidə hər bir şərait yaradılıb. Allah şəhidlərimizi rəhmət eləsin, ordumuzu, qazilərimizi qorusun. İndiyədək görmədiyim, sadəcə kadrlarla canlandırdığım doğma yurdumda yaşayıb yaratmaq istəyirəm. Hər iki babam Füzulidə kiçik bizneslə məşğul olub, mən də həmin kiçik biznesi orada davam etdirmək istəyirəm”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.