...

Erkən nikahlarla bağlı din xadimləri qarşısında konkret tələblər qoyulub

Cəmiyyət Materials 29 Noyabr 2023 16:16 (UTC +04:00)
Erkən nikahlarla bağlı din xadimləri qarşısında konkret tələblər qoyulub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Erkən nikahlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də fətvası var və din xadimləri qarşısında konkret tələblər qoyulub.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu məsələyə ciddi nəzarət olunur. “Erkən nikahlar bizim "qırmızı xətt"imizdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti