Bakı. Trend:
Balakəndə baş verən qəzada ölənlərin şəxsiyyəti bəlli olub.
Trend xəbər verir ki, İlkin Hetayevin idarə etdiyi avtomobildə ölən sərnişin, Şərif kənd sakini, 1974-cü il təvəllüdlü Elayev Şaban Cuma oğlu, Hafiz İsmayılovun idarə etdiyi avtomobildə ölən sərnişin isə Hənifə kənd sakini 1997-ci il təvəllüdlü İsmayılova Günay Rövşən qızıdır.
xxx
19:02
Balakəndə iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla, iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.