...

Bələdiyyələrin torpaq icarəsindən əldə etdiyi gəlirlərin məbləği AÇIQLANIB

Cəmiyyət Materials 30 Noyabr 2023 11:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yerli büdcə gəlirlərinin artımına nail olmaq üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadə olunması, xüsusən icarəyə verilmiş torpaq sahələrinin icarə haqlarının mövcud bazar məzənnələrinə uyğunlaşdırılması üçün bələdiyyələrlə davamlı iş aparılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O qeyd edib ki, 2021-2022-ci illər ərzində bələdiyyələr tərəfindən 34 min hektardan çox torpaq sahəsini əhatə edən 3900-dən artıq icarə müqaviləsi üzrə qiymətlərin bazar məzənnələrinə uyğunlaşdırılması nəticəsində həmin icarə müqavilələri üzrə ümumilikdə icarə haqqının məbləği 1.5 milyon manat artaraq 2.9 milyon manata qalxıb.

Qeyd edək ki, Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti