Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.