...

Neftçalada tanınmış publisistin yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2023 21:15 (UTC +04:00)
Neftçalada tanınmış publisistin yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Neftçala rayonunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Əbilovun (Azər Turan) anadan olmasının 60 illik yubileyi qeyd olunub.

Trend xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı və Aqil Abbas, Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Həsənoğlu, tənqidçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailləri, ağsaqqallar və rayon ictimaiyyəti iştirak ediblər.

Yubiley tədbirindən öncə Azər Turanın ata evi Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, professor mərhum İmamverdi Əbilovun evində yerləşən şəxsi kitabxanasını ziyarət olunub və kitabxananın kitab fondu ilə qonaqlar tanış olublar.

Yubiley tədbirdən yubilyarın kitab sərgisinə qonaqlar tərəfindən baxış keçirilib və Azər Turan yaradıcılığını özündə əks etdirən videoçarx izlənilib.

Yubiley mərasimində çıxış edən Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk mərkəzinin müdiri Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazçısı Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalisti Aqil Abbas, filogiya üzrə fəlsəfə doktoru,Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Həsənoğlu, Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına İnstituun və Ədəbiyyat qəzetinin şöbə müdiri Elnarə Akimova, tənqidçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan respublikasının Əməkdar jurnalisti, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli yubilyarın həyatından və fəaliyyətindən, Azər Turan yaradıcılığından və şəxsiyyətinin bəzi məqamlarından söz açıblar, onunla olan xoş xatirələrini bölüşüblər və yubilyarı xoş sözləri ilə təbrik ediblər.

Yubileydə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçıdır. Azər Turan, xüsusilə Cavidlər ocağının mənəvi varisi olaraq tanınır və o “Hüsni-xuda şairi Hüseyn Cavid”, “Cavid əfəndi”, “İrfan çobanı”, “Cavidnamə”, “Hüseyn Cavid”, “Əbədi Turan”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Ərtoğrul Cavidin bütün əsərləri: yazıları, rəsmləri, bəstələri, məktubları”, “Mişkinaz Cavid. Cavid haqqında xatirimdə qalanlar” kimi ciddi elmi əhəmiyyətə malik əsərlərin müəllifidir.

RİH-in başçısı qeyd edib ki, Azər Turan həm də Türk dünyasının birliyinə, turançılığa xidmət edən görkəmli fikir adamları haqqında çoxsaylı əsərləri ilə elmimizə və ictimai fikrimizə xidmət edib, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə və başqa şəxsiyyətlərlə bağlı qiymətli əsərlər yazıb. Neftçala RİH-in başçısı 60-cı doğum günü qeyd olunan Azər Turanı yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar Azər Turan çıxış edərək anadan olmasının “60 illik yubileyi”in Rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyə qeyd edilməsi və ona göstərilən yüksək ehtirama görə Rayon rəhbərliyinə, təbdirdə iştirak edən qonaqlara və Neftçala rayon ictimaiyyətinə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.

Xəbər lenti

Xəbər lenti