...

Balakəndə ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 7 Dekabr 2023 00:36 (UTC +04:00)
Balakəndə ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin və 7 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Tülü kəndində vətəndaşa məxsus pay torpaq sahəsində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı torpaq sahibi olan kənd sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti