Bakı. Trend:
Biznes və sahibkarlıq sahəsində bəzi istiqamətlərdə gender bərabərsizliyi olması faktdır.
Trend xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, Azərbaycanda genderbərabərliyi və qadın hüquqlarının qorunması çərçivəsində kifayət qədər addımlar atılıb.
“Qadınların gücləndirilməsi istiqamətind daima güclü addımlar atılır. Qadınların sahibkarlıq subyektləri yaratması istiqamətində müəyyən layihələr yaradılır”,- deyə o bildirib.
B.Muradova həmçinin əlavə edib ki, Azərbaycanda 269320 nəfər qadın sahibkar var.
“Əlbəttə ötən illərə nisbətən yuxarıdır.
Lakin qadınların cəmiyyətdəki yerinə və verdiyi töhfələrə baxsaq bu
say kifayət qədər azdır. Tikinti sahəsində qadın sahibkarlara daha
çox dəstək göstərməlidir ”,- deyə o qeyd edib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfrans keçirilir.