Bakı. Trend:
Növbəti ildə rentgen müayinəsinin nəticələrini “e-Tabib” mobil tətbiq vasitəsində görmək mümkün olacaq.
Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, hazıda vətəndaşların aldıqları bütün tibbi xidmətlərin qeydiyyatı elektron formada aparılır.
"Səhiyyə sistemində vahid elektronlaşdırılma aparılıb, xəstəxanaların idarəolunması sistemi qurulub, "e-Tabib" mobil tətbiqi yaradılıb, tibbi sığorta portalı (tibbi xidmətlərin ekspertizası və s.) qurulub.
İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün əsas məsələlərdən biri də müəssisələrin elektronlaşdırılması, vahid bir məlumat bazasının yaradılmasıdır. İcbari tibbi sığortanın tətbiqindən sonra maddi-texniki bazanın qurulmasında əhəmiyyətli işlər görülüb. 280 tibb müəssisəsində daxili internet şəbəkəsi qurulub, 180 tibb müəssisəsində fiber optik internet xətti çəkilib, 9800 kompüter dəsti quraşdırılıb, 5500 çap və şəbəkə avadanlığı quraşdırılıb".