...

ADY məktəblərdə maarifləndirmə görüşləri keçirir (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2023 18:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ADY orta məktəblərdə dəmiryolu xətlərindən düzgün istifadə və təhlükəsizlik qaydalarına dair maarifləndirmə görüşləri keçirir.

Trend xəbər verir ki, təhlükəsizlik ADY-nin dəyərlər sistemində ilk pillədə yer aldığından dəmiryolu xətlərinə yaxın yaşayış massivlərində və məktəblərdə yol-hərəkəti qaydalarından düzgün istifadə haqqında maarifləndirmə görüşləri keçirilir.

Bu məqsədlə Sabunçu rayonu 67 saylı orta məktəbində növbəti görüş təşkil olunub. Məktəblilər dəmiryolu xətlərindən müəyyən olunmuş yer və keçidlərdən istifadə qaydalarına dair təqdimatları dinləyib, test tapşırıqları icra ediblər. Görüşdə nümayiş etdirilmiş video çarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

ADY 2024-cü ildə əhali, xüsusi ilə məktəblilərlə maarifləndirmə kampaniyalarının təşkilinə xüsusi önəm verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti