...

Ölkədə doğulanlar və ölənlərlə bağlı statistika açıqlandı

Cəmiyyət Materials 15 Dekabr 2023 13:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 12,3-dən 11,2-yə düşüb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulanlardan 2854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm olub.

Bundan başqa, qeyd edilib ki, bu ilin 10 ayında ölkədə 50040 ölüm halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.

Xəbər lenti

Xəbər lenti