Bakı. Trend:
Qəzaya düşən Peşəkar Futbol Liqasının( PFL) əməkdaşlarından iki nəfər evə buraxılıb.
Bunu Trend-ə Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov deyib.
O qeyd edib ki, özü və Zaur Hacı Məhərrəmov artıq evdədirlər.
“Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var”, - deyə o əlavə edib.
Xatırladaq ki, 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.