...

Binədə 2 qumbara tapılıb

Cəmiyyət Materials 21 Dekabr 2023 12:19 (UTC +04:00)
Binədə 2 qumbara tapılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib. Baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti