Bakı. Trend:
Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar hazırlanır.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni qaydalar ianələrin verilməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır.
“Bununla bağlı müxtəlif ölkələrin təcrübələri öyrənilir və ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə məlumat veriləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ianə toplandıqdan və həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələrin internet üzərindən açıq şəkildə göstərilməsi nəzərdə tutulur.