Bakı. Trend:
Bu gün Laçın rayonunun Zabux kəndinə daha 27 ailə (95 nəfər) yola
salınıb.
Dekabrın 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ
rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi
köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma
yurdlarına qayıtmasına imkan yaranıb. Zabux sakinləri hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı
işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və
zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından
keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Beləliklə bugünkü (25.12.2023) köç də nəzərə alınmaqla Laçın
rayonunun Zabux kəndinə 203 ailə (783 nəfər) köçürülüb.