...

Bizə bu günü yaşatdığı üçün şəhidlərin ruhu qarşısında baş əyirəm - Zabux sakini

Cəmiyyət Materials 25 Dekabr 2023 07:19 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:
Bizə bu günü yaşatdıqları üçün, torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Alıyev Barış deyib.
Onun sözlərinə görə, Allah Prezidentimizi, Ordumuzu qorusun, qazilərimizə can-sağlığı versin.
"Zabuxa geri döndüyə görə qürur hissi keçirirəm. Azad olunmuş yurdumuzun hər bir guşəsi bizim üçün əzizdir. Zabuxda yaşayacağıma görə sevincimin həddi-hüdudu yoxdur", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın rayonunun Zabux kəndinə 27 ailə - 95 nəfər yola salınıb. Beləliklə bugünkü (25.12.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 203 ailə (783 nəfər) köçürülüb.

Xəbər lenti

Xəbər lenti