...

Bayram günlərində zəhərlənən şəxslərin sayı məlum olub

Cəmiyyət Materials 6 Yanvar 2024 13:43 (UTC +04:00)
Bayram günlərində zəhərlənən şəxslərin sayı məlum olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.

Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti