Bakı. Trend:
2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilmiş kişi və qadın iddiaçıların sayı açıqlanıb.
Bu barədə Trend-ə Ali Attestasiya Komissiyasından məlumat verilib.
Bildirilib ki, ötən il 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onlardan 126-sı kişi, 400-ü qadındır.
