...

Sabahdan Bakı - Sumqayıt ekspress avtobusları fəaliyyətə başlayır

Cəmiyyət Materials 20 Yanvar 2024 17:20 (UTC +04:00)
Sabahdan Bakı - Sumqayıt ekspress avtobusları fəaliyyətə başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabahdan Sumqayıt-Bakı ekspress avtobuslar fəaliyyətə başlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə verilən xəbərə görə, artıq neoplanlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gətirilib.

Gediş haqqi 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, Baku Bus” MMC-nin "Instagram" səhifəsində yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xəttinin fəaliyyətə başlaması barədə məlumat yayılmışdı.

Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti